Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində taxıl əkini sahələrinin aqrotexniki tədbirlərin optimal müddətdə yerinə yetirilməsinin təşkili və bitkinin azot gübrəsi ilə yemlənməsinin məhsuldarlığa təsiri barədə tədbir keçirilmişdir.
"BİLESUVARİNFO" xəbər verir ki, mərkəzin bitkiçilik sektorunun müdiri Elşən Musayev çıxış edərək fermerləri payızlıq taxıl əkini sahələrində aqrotexniki qulluq işlərinin ardıcıllığı və səmərəliliyi barədə fermerləri məlumadlandırdı. Eyni zamanda bildirdi ki, payızlıq buğdanın səpin norması əkilən sortdan asılı olaraq buğda üçün hektara 180-220, arpa üçün isə hektara 160-180 kiloqram təşkil edir”, vurğulayaraq, torpağın aqrokimyəvi tərkibindən və sələf bitkisindən asılı olaraq payızlıq taxıl altına səpinqabağı hər hektara fiziki çəkidə 300-400 kiloqram dənəvər superfosfat və 100-120 kiloqram kalium sulfat verilərək torpağa qarışdırılmalıdır. Əgər sahəyə səpindən əvvəl gübrə verilməyibsə, o zaman səpinlə birlikdə yenə sələfdən asılı olaraq hər hektara fiziki çəkidə 100-200 kiloqram ammofos və ya nitroammofoska gübrəsinin verilməsi lazımdır. Vegetasiya ərzində verilməsi planlaşdırılan azot gübrəsinin 20-25 faizinin kompleks mineral gübrələrlə verilməsi təmin olunmalıdır. Azot gübrəsinin 75-80% -ni taxıl sahələrində vegetasiya müddətinə uyğun olaraq mərhələli şəkildə verilməsi və məhsuldarlığa təsiri barədə məlumat verdi.
Tədbirdə iştirak edən fermerlər onları maraqlandıran suallarla müraciət etdilər.Fermerləri maraqlandıran suallara yerində aydınlıq gətirildi.Tədbir iştirakçıları tədbirin təşkilinə görə DAİM Əməkdaşlarına təşəkkürlərini bildirdilər.