Partiya veteranlarının yubileyi qeyd olunub

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının veteran üzvlərindən olan Cəfərov Şakir Şahvələd oğlunun 70 illik, Xosiyev Bilal Cankişi oğlunun 65 illik yubileyləri münasibətilə görüş keçirilmişdir.
Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və rayon təşkilatının əməkdaşları iştirak ediblər.
Partiya veteranlarına diqqət və qayğının göstərilməsi partiya rəhbərliyinin hər zaman böyük həssaslıqla yanaşdığı və xüsusi diqqət mərkəzində saxlandığı məsələ olduğunu vurğulayan təşkilat sədri, yubliyarlar haqqında fikirlərini bölüşərək qeyd etdi ki, Şakir Cəfərov təhsil sahəsində, Bilal Xosiyev isə yerli idarəetmə orqanında və müxtəlif inzibati vəzifələrdə uzun müddət çalışmış və rayonun ictimai-siyasi həyatında hər zaman yüksək fəallıqları ilə seçilmişlər. K.Qurbanlı yubilyarları təbrik edərək, möhkəm can sağlığı, uzun ömür və səadət dolu günlər, dövlətimiz və partiyamız naminə gördükləri işlərdə uğurlar arzulamışdır.
Göstərilən diqqətə görə təşəkkürünü bildirən yubliyarlar uzun illər partiya sıralarında olmaqdan qürur hissi keçirdiyini bildirərək Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiq olduqlarını və bundan sonra da dahi rəhbərin siyasi irsinin gənc nəslə aşılanması yolunda öz bilik və bacarığlarını əsirgəməyəcəylərini vurğulayıblar. Partiyamızın sədri, Prezident cənab İlham Əliyevin yürütdüyü siyasətin təbliği istiqamətində fəaliyyətlərini bundan sonra da daha böyük əzmlə davam etdirəcəklərini bildiriblər.
Sonda partiya veteranlarına yubileyləri münasibətilə YAP Biləsuvar rayon təşkilatının qarşısındakı uzunmüddətli səmərəli xidmətlərinə görə Təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilmişdir.






Müzakirə edin
Həmçinin oxuyun:

02 oktyabr 2025, Cümə axşamı
YAP Biləsuvar rayon təşkilatının Nəsimi kənd ərazi partiya təşkilat sədri Əliyev Nadir Sultanağa oğlunun doğum günü münasibəti ilə görüş keçirilib

11 aprel 2023, Çərşənbə axşamı
“... Sevinirəm ki, geriyə çəkilmədim, meydandan alnı açıq, üzü ağ çıxa bildım”
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.