Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd olundu


Biləsuvarda Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd olundu

05 iyun 2025, Cümə axşamı
947
0

Biləsuvar rayonunda Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd olundu


“bilesuvarinfo.az” xəbər verir ki, tədbir Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun və rayonun su təsərrüfatı, meliorasiya sahəsində fəaliyyət göstərən idarə və müəssisələrinin kollektivlərinin iştirakı ilə baş tutub.

Bayram tədbiri öncəsi iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər. Rayon rəhbəri Faiq Qürbətov çıxışında su təsərrüfatı və meliorasiya sahəsində çalışan işçiləri peşə bayramları münasibətilə təbrik edib, onların kənd təsərrüfatının inkişafında oynadıqları əvəzsiz rolu vurğulayıb.

Sonra Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev çıxış edərək, suvarma sistemlərinin yenilənməsi və təkmilləşdirilməsi sahəsində görülən işlərdən danışıb. O, idarə kollektivi adından bütün işçilərə can sağlığı, uğurlar və yeni-yeni nailiyyətlər arzulayıb.


Tədbir ərzində su təsərrüfatı və meliorasiya sahəsində fərqlənən bir qrup işçi fəxri fərmanlarla təltif olunub. Bu mükafatlar onların zəhmətinin yüksək qiymətləndirilməsi kimi qəbul edilib və kollektivdə yüksək ruh yüksəkliyi yaradıb.

       

 Oxunub: 54
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan