Biləsuvarda “Haqqın 44 günü” adlı teatr tamaşası nümayiş olundu

Biləsuvar rayon İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq “Haqqın 44 günü” adlı teatr tamaşası nümayiş olunub.
"Bilesuvarinfo.az" xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrı tərəfindən təqdim olunan tamaşa Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti tərəfindən izlənilib.
Tamaşada birinci və ikinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb. Səhnə əsərində həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur, müzəffər Ordumuzun əzmkarlığı uğurla nümayiş olunub.
Tamaşadan sonra teatrın truppası ilə görüşən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Zəfərimizdən bəhs edən gözəl tamaşanın hazırlanmasına görə təşəkkürünü bildirərək, komandaya uğurlar arzulayıb.
Qeyd edək ki, tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.




Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.