» » Milli mətbuat gününü Biləsuvarda belə qeyd olundu


Milli mətbuat gününü Biləsuvarda belə qeyd olundu

Biləsuvar rayonunda Milli mətbuatın yaranmasının 150 illiyi bir qədər fərqli abu-havada qeyd olunub. 

"Bulesuvarnfo"
xəbər verir ki, Biləsuvar şəhərində Mərkəzi parkında bir qrup bölgə jurnalisləri nahar süfrəsi arxasında bir arada olub. 

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinun başcısı Faiq Qürbətov rayonunun ictimai-siyasi, sosial-iqtisadi, kənd təsərüfatı və digər sahələrində görülən işləri mütəmadi olaraq işıqlandırdıqlarına görə mətbuat işcilərinə minnətdarlığını bildirib.
Biləsuvar Rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov və YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı da peşə bayramları jurnalistləri peşə bayramı münasibətilə təbrik edirək, onlara xoş arzularını çatdırıb. 

Görüşdə 150 il öncə Həsən bəy Zərdabinin böyük çətinliklərlə nəşrinə başladığı “Əkinçi” qəzeti Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış unudulmaz tarixlərdən biri olmasından danışılıb. Bildiriliıb ki,  Ümummilli Lider Heydər Əliyevin milli mətbuatın inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasət bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Mətbuat nümayəndələri onlara göstərilən  diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Sonra media nümayəndələrinə Milli mətbuatımızın 150 illiyi münasibətilə Fəxri Fərmanlar təqdim olunub, xatirə şəkli çəkilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR