Biləsuvar taxıl biçininə başlayıb - VİDEO və FOTO


VIDEO
Hazırda yetişdirilən bol məhsulun optimal müddətdə götürülməsi üçün taxılçılıq təsərrüfatlarının sahiblərinə və fermerlərə yüksək texniki parametrlərə malik kombaynlar xidmət göstərir. Biçininin vaxtında və itkisiz həyata keçirilməsi üçün ətraf rayonlardan da texnikalar biçinə çəlb edilərək, taxılbiçən konbaynların sayı 80 ədədə çatdırılıb.
Biləsuvar Dövlət Aqrar İnkişaf mərkəzinin baş məsləhətçisi Gülağa Qurbanov bildirmişdir ki, payız mövsümündə quraqlıq taxıl əkinində, çıxışında bir qədər yubanmaya səbəb olsa da, suvarılan sahələrdə suvarmanın davamlı xüsusi nəzarətdə saxlanılması, fermerlərin becərmə prosesində aqrotexniki qaydalara ardıcıl, vaxtında əməl etməsi, nümunəvi qulluğu zəmilərdə bol məhsula gətirib. Bu günə (03 iyun 2022- ci ilə) Biləsuvarda 1054 ha hektar sahadə arpa biçini aparılıb, məhsuldarlıq 30-40 sentner civarında olub. Mütəxəssislərin qənaətinə görə bu il bol məhsul gözlənilinir.



Qeyd edək ki, Biləsuvarda taxıl biçininin itkisiz və optimal müddətdə başa çatdırılması, habelə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi ücün müşavirədə də keçirilib. İclasda qərargahın üzvləri, Biləsuvar Dövlət Yanğından Mühafizə Hissəsinin, idarə, müəssisə, təşkilatların rəhbərləri, “Aqroservis”in təmsilçiləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri və iri taxıl istehsalçıları iştirak edib.


Müzakirə edin
Həmçinin oxuyun:

02 iyun 2022, Cümə axşamı
Taxıl biçinin təhlükəsiz və optimal müddətdə başa çatdırılması ilə bağlı müşavirə keçirilib - FOTOLAR
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.