Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Əkin sahələrinin vaxtında şumlanması əlavə məhsuldarlıq deməkdir


Əkin sahələrinin vaxtında şumlanması əlavə məhsuldarlıq deməkdir

23 iyul 2025, Çərşənbə
749
0

Biləsuvar Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun əməkdaşları rayon ərazisində fermerlərlə torpaqların səmərəli becərilməsi istiqamətində maarifləndirici görüşlər keçirirlər.


“Bilesuvarinfo.az” xəbər verir ki, bu görüşlərdə fermerlərə əkin prosesinin düzgün aparılması, vegetasiya dövründə səmərəliliyin artırılması barədə ətraflı məlumat verilir.


Növbəti belə görüşlər Nərimankənd, Günəşli, Ağayrı, İsmətli, Aşağı Cürəli və Əsgərabad kəndlərində təşkil olunub. Görüşlərin əsas məqsədi qarşıdan gələn payız mövsümünə hazırlıqla əlaqədar əkin sahələrinin vaxtında şumlanmasına başlamağın vacibliyini izah etməkdir.


Fermerlərə bildirilib ki, vaxtında aparılan şum məhsuldarlığın 20–30 faiz artmasına səbəb olur. Qeyd olunub ki, gecikmiş şum torpaqda nəmliyin daha çox itirilməsinə, nəticədə məhsul itkisinə gətirib çıxarır. Eyni zamanda vaxtında şumlama: səpin işlərini asanlaşdırır, torpağın suya tələbatını azaldır, zərərvericilərin və alaq otlarının qarşısını alır, toxumun bitişini artırır, yağıntı və ya suvarma suları ilə toxumun daha yaxşı cücərməsinə şərait yaradır. Bu və digər faydalar fermerlərə ətraflı izah olunub.






Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan