Biləsuvarda pambıq yığımının təhlükəsiz və optimal müddətdə başa çatdırılması ilə bağlı təlim keçirildi

"BİLESUVARİNFO" xəbər verir ki, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili üzrə baş məsləhətçisi Rəşadət Əskərov və Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin Salyan Regional Təlim Mərkəzinin əməkdaşları İsmayılov Şükür, İsmayılov Seymur və Qədirov Ülvi tərəfindən “Aqroservis” ASC-nin Cəlilabad Regional Nümayəndəliyinin Biləsuvar Rayon Bölməsindən pambıqyığan maşınlar və digər texnikalar icarəyə götürən "P Aqro" MMC-nin Biləsuvar filialında calışan mühəndis - texniki işçilər və sürüçü-mexanizatorlar təhlükəsizlik qaydaları ilə bir daha təlimatlandırıldı. Bununla bərabər traktor və pambıqyığan maşınları idarə edən mexanizatorların traktorçu-maşinist sürücülük vəsiqəsində icazə verilən kateqoriyaların uyğunluğunun vəziyyəti yoxlanıldı.
Sonda mühəndis-texniki işçilər və mexanizatorlara texniki təhlükəsilik üzrə təlimat bukletləri paylanıldı.
Müzakirə edin
Həmçinin oxuyun:

04 mart 2025, Çərşənbə axşamı
Biləsuvarda texnikaların saxlanma qaydalarına və yaz tarla işlərinə hazırlıq vəziyyətinə baxış keçirildi

08 may 2024, Çərşənbə
Biləsuvarda taxıl biçininin təhlükəsiz və optimal müddətdə başa çatdırılması ilə bağlı təlim keçirildi

02 iyun 2022, Cümə axşamı
Taxıl biçinin təhlükəsiz və optimal müddətdə başa çatdırılması ilə bağlı müşavirə keçirilib - FOTOLAR
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.