Biləsuvarda “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində yol təhlükəsizliyi gücləndirilir

“Bilesuvarinfo” xəbər verir ki, layihə çərçivəsində rayonun şəhər mərkəzi ilə yanaşı, bütün yaşayış məntəqələrində, 80 müxtəlif nöqtədə ümumilikdə 176 ədəd yüksək texnologiyalı müşahidə kamerasının quraşdırılması yekunlaşdırılmaq üzrədir.
Kameralar avtomatik rejimdə fəaliyyət göstərəcək və qayda pozuntularını operativ və şəffaf şəkildə qeydə almağa imkan verəcək. Bu, sürücülərin məsuliyyət hissinin artmasına və ümumi yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə xidmət edəcək. Layihə çərçivəsində, həmçinin rayonun intensiv hərəkətli və qəza riski yüksək olan ərazilərində 12 ədəd radar cihazının quraşdırılması da nəzərdə tutulur. Bu texnoloji vasitələr sürücü intizamının gücləndirilməsinə və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edəcək.
Bununla yanaşı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Biləsuvar şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi xətləri və piyada keçidlərinin yenidən rənglənməsi işlərinə start verilib.
Artıq Heydər Əliyev prospektində bu işlər başa çatdırılıb və bu gündən etibarən Mübariz İbrahimov küçəsində davam etdirilir. Peşəkar səviyyədə həyata keçirilən bu işlər avtomobillərin təhlükəsiz hərəkəti və piyadaların rahat gediş-gəlişi üçün mühüm şərait yaradır.
Qeyd edək ki, bu tədbirlər Biləsuvar rayonunda yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməklə yanaşı, ictimai asayişin qorunmasında da mühüm rol oynayacaq.




Müzakirə edin
Həmçinin oxuyun:

06 sentyabr 2025, Şənbə
Biləsuvarda “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində yol təhlükəsizliyi gücləndirilir

21 noyabr 2023, Çərşənbə axşamı
Azərbaycan Ordusunda idarəetmənin əsasını müasir rəqəmsal rabitə vasitələri təşkil edir
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.