Şəhid Ruslan Qurbanov anıldı

Vətən müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi.
Biləsuvar rayonunun Ağalıkənd kəndinin sakini şəhid Qurbanov Ruslan Üzeyir oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olunub.
“Bilesuvarinfo” xəbər verir ki, ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, RİH-i Başcısı aparatının şöbə müdiri Bəhruz Mirzəzadə, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak edib. Ziyarətdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılmış xatirəsi yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarının MAHHXHQ-sı olmuş Qurbanov Ruslan Üzeyir oğlu 7 sentybar 1991-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.
Vətən müharibəsində Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və 2020- ci ilin 02 oktyabrında Ağalıkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Qurbanov Ruslan Üzeyir oğlu ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” və medalları ilə təltif edilib. Ailəli idi, bir övladı var.
Allah şəhidlərimizə rəhmət eləsin!
Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.