Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Şuşa yolunun nümunəsi: Yol xətləri uzunömürlü ola bilər


Şuşa yolunun nümunəsi: Yol xətləri uzunömürlü ola bilər

10 sentyabr 2025, Çərşənbə
1 001
0
Biləsuvar–Bəhrəmtəpə yolu 2020-ci ilin sonlarında əsaslı şəkildə yenidən tikilərək istismara verilib. Qarabağın işğaldan azad olunmasından sonra bu yol el arasında "Şuşa yolu" kimi məşhurlaşıb. Adətən, mediada yolların keyfiyyətsiz çəkilməsi, asfaltın tez dağılması və ya xətlərin qısa müddətdə silinməsi ilə bağlı tənqidlərə rast gəlirik. Lakin bu yol barədə sürücülər tez-tez onun rahatlığını və dayanıqlığını xüsusi vurğulayırlar.

Bizim bugünkü araşdırmamız isə yolun üzərində çəkilmiş yol cizgi xətləri və piyada keçidlərinin yenidən rənglənməsi məsələsinə həsr olunub. Məlumdur ki, bu yol artıq 5 ilə yaxındır ki, istismardadır, lakin maraqlı məqam ondadır ki, bu müddət ərzində xətlər demək olar ki, solmayıb – sanki yenicə çəkilib.

Digər tərəfdən, Biləsuvar şəhərinin küçələrində isə vəziyyət bir qədər fərqlidir. Yerli icra hakimiyyətinin sifarişi ilə “Siqnal” idarəsi hər il, hətta ildə iki dəfə piyada keçidləri və digər yol nişanlanma xətlərini yenidən rəngləyir. Lakin təəssüf ki, bu işlərin nəticəsi uzunömürlü olmur – bir neçə ay keçməmiş həmin xətlər silinməyə başlayır.

Hazırda Biləsuvarda "Təhlükəsiz Şəhər" layihəsi çərçivəsində yol hərəkəti təhlükəsizliyinin artırılması, nəzarət sistemlərinin müasirləşdirilməsi və nəqliyyatın tənzimlənməsi istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhər küçələrində yeni yol cizgi xətlərinin və piyada keçidlərinin rənglənməsinə start verilib.

Ümid edirik ki, bu dəfə çəkilən xətlər də "Şuşa yolu"nda olduğu kimi  olmasa da, heç olmasa keyfiyyətini 1 il saxlayacaq. Dövlət vəsaitinin səmərəli və düzgün istifadə olunması, keyfiyyətli işə yönəldilməsi isə hər birimizin marağındadır.

Surxay Şahbazov













Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan