Xırmandalıda antiterror əməliyyatında şəhid olan hərbçinin xatirə bulağının açılışı olub - FOTOLAR

"Bilesuvarinfo" xəbər verir ki, bulaq şəhidin doğulduğu Biləsuvar rayonunun Xırmandalı kəndində inşa edilib.
Açılış mərasimində rayon rəsmiləri, şəhidin doğmaları, veteranlar, müəllimlər, şagirdlər və sakinlər iştirak ediblər.
Çıxış edənlər şəhid R. Teymurovun keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açıblar.
Qeyd edək ki, Teymurov Rəsul Yusif oğlu 1997-ci ilin yanvar ayının 1-də Biləsuvar rayonunun Xırmandalı kəndində dünyaya gəlib. Orta təhsilini Şəhid C.Məhərrəmov adına 1 saylı Xırmandalı kənd tam orta məktəbində alıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmət ordeni" ilə təltif edilib.

Müzakirə edin
Həmçinin oxuyun:

21 sentyabr 2024, Şənbə
Antiterror tədbirləri zamanı şəhid olan biləsuvarlı qəhrəmanların ildönümündə xatirəsi anılıb

11 sentyabr 2022, Bazar günü
Birinci Qarabağ müharibəsi şəhidinin anım günündə şəhid bulağının açılışı oldu
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.