Dörd igidimizin xatirəsi Biləsuvarda ehtiramla yad edildi
Bu gün, Vətən müharibəsinin dördüncü günü Biləsuvara gətirilərək dəfn olunan dörd qəhrəman şəhidimizin əziz xatirəsi ehtiramla anılıb.
“Bilesuvarinfo” xəbər verir ki, sözügedən qəhrəmanlar — rayonun Nəsimi kəndindən Ruslan İbadlı, Çaylı kəndindən Amid Əliyev, Günəşli kəndindən Tehran Cəfərov, və Biləsuvar şəhərindən olan Namiq Mailovdur.
Anım tədbirləri çərçivəsində şəhid ailələri ziyarət olunub. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, RİH başçısı aparatının şöbə müdiri Bəhruz Mirzəzadə, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir zamanı şəhidlərimizin şərəfli döyüş yollarından bəhs edilib, onların xatirələri hörmətlə yad olunub. İştirakçılar qeyd ediblər ki, Azərbaycan xalqının fəxri olan şəhidlərimizin əziz xatirəsi hər zaman uca tutulacaq, dövlətimiz şəhid ailələrinin daim yanında olacaq.
Baş leytenant Mailov Namiq Abış oğlu — Azərbaycan Ordusunun zabiti, 23 aprel 1983-cü ildə Biləsuvar şəhərində anadan olub. 2002–2004-cü illərdə hərbi xidmətdə olub, 2005-ci ildən isə müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib və yaralansa da, yenidən xidmətə qayıdıb. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə tank komandiri kimi şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
İbadlı Ruslan Sakit oğlu (MAHHXHQ) 19 fevral 1995-ci ildə Nəsimi kəndində doğulub. 2013–2015-ci illərdə hərbi xidmətdə olub, 2015-ci ildən peşəkar hərbçi kimi fəaliyyət göstərib. Vətən müharibəsində Cəbrayıl istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Onun adı Nəsimi kəndinin küçələrindən birinə verilib.Cəfərov Tehran Nadir oğlu (MAHHXHQ) 12 mart 1992-ci ildə Günəşli kəndində anadan olub. 2010–2011-ci illərdə hərbi xidmətdə olub, 2017-ci ildən peşəkar hərbçi kimi xidmət edib. Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub. “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Əliyev Amid İlhamoviç ( MAHHXHQ ) 03 dekabr 1999-cu ildə Çaylı kəndində doğulub. 2018–2019-cu illərdə hərbi xidmətdə olub, 2020-ci ildən peşəkar hərbçi kimi xidmət edib. Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.
Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.