» » Tarladan qayıdan işçilər qəzaya düşdü - Fotolar


Tarladan qayıdan işçilər qəzaya düşdü - Fotolar

Biləsuvar rayonunda yol qəzası baş verib.

“Bilesuvarinfo” xəbər verir ki hadisə rayon mərkəzi - Mübariz İbrahimov küçəsində qeydə alınıb..

Belə ki, “Hyundai” markalı minik avtomobili “Qazel” markalı sərnişin mikroavtobusuna çırpılıb. Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən iki nəfəri xəsarət alıb.Onların  rayonun Xırmandalı kəndindən tarladan qayıdan işçilər olduğu bildirilir. 

Qəzada xəsarət alan iki nəfər rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan