Allahyar Əlıyev vəfat etdi
Biləsuvar rayonu daha bir ziyalısını itirib.
"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin sabiq əməkdaşı, ehtiyatda olan gömrük xidməti mayoru Allahyar Əliyev 72 yaşında qəfil ürəktutmadan dünyasını dəyişib.
O dünən vəfat edib, bu gün səhır saatlarında dəfn olunacaq .
Qeyd edək ki, uzun illər Dövlət Gömrük Komitəsində çalışmış Allahyar Əliyev peşəkar fəaliyyəti ilə yanaşı, ziyalı mövqeyi, sadəliyi və yüksək mənəvi keyfiyyətləri ilə rayon ictimaiyyətinin hörmətini qazanmışdı.
Allahyar Əliyevin vəfatı təkcə ailəsi və yaxınları üçün deyil, eyni zamanda Biləsuvar ictimaiyyəti üçün də böyük itkidir.
Allah rəhmət eləsin!
Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.