
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı medalla təltif olunub.
"BİLESUVARİNFO.AZ" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Dövlət qulluqçularının təltif edilməsi haqqında" 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Bayramov İslam Aydın oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Redaksiya kollektivi olaraq Bayramov İslam Aydın oğlunu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunması münasibətilə təbrik edirik.