Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib


Biləsuvarda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

03 oktyabr 2025, Cümə
200
0
Biləsuvar şəhərində yerləşən Heydər Əliyev Parkında Biləsuvar Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər AgentliyiAzərbaycan Toxumçular Assosiasiyasının təşəbbüsü ilə toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, festivalda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Anar Cəfərov, qurumun əməkdaşları, sahibkarlar, fermerlər, müxtəlif dövlət strukturlarının nümayəndələri, özəl sektor təmsilçiləri və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdə çıxış edən icra başçısı Faiq Qürbətov vurğulayıb ki, kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir və bölgələrdə bu cür festivalların təşkili fermerlərin peşəkarlığının artırılmasına, məhsuldarlığın yüksəlməsinə və sahibkarlıq imkanlarının genişlənməsinə əhəmiyyətli dəstək verir. O, həmçinin rayonun aqrar sahədə potensialından danışaraq, toxumçuluğun inkişafına xüsusi önəm verildiyini bildirib. Başçı qeyd edib ki, keçirilən sərgi-satış yarmarkası fermerlərin yüksək keyfiyyətli toxum əldə etməsi üçün əlverişli imkan yaradır.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə qeyd edib ki, ölkənin müxtəlif bölgələrində reallaşdırılan Aqrar Biznes festivalları maarifləndirici məzmunu ilə yanaşı, dövlət və özəl sektor arasında əməkdaşlığın bariz nümunəsidir. O, sertifikatlı toxumlardan istifadənin əhəmiyyətini qeyd edərək, fermerlərin müasir texnologiya və yeniliklərlə tanışlığı baxımından bu cür tədbirlərin mühüm rol oynadığını bildirib.
Festival çərçivəsində fermerlərə əkin prosesində aqrotexniki tələblərin yerinə yetirilməsi, torpaq-iqlim şəraitinə uyğun toxum sortlarının seçilməsi və düzgün qulluq tədbirləri haqqında ətraflı məlumat təqdim olunub.

Qeyd etmək lazımdır ki, tədbirin əsas məqsədi kənd təsərrüfatının innovativ əsaslarla inkişafını stimullaşdırmaq, fermerlərlə təchizatçılar arasında əməkdaşlığı gücləndirmək, rayonlaşdırılmış sertifikatlı toxumların əlçatanlığını təmin etmək, məhsuldarlığın yüksəlməsinə və bölgədə aqrar istehsalın davamlı inkişafına dəstək verməkdir.



Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan