Biləsuvarın 8 təhsil işçisi TƏLTİF OLUNDU - FOTO

Elm və təhsil nazirinin müvafiq əmri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə bir sıra təhsil işçisi təltif edilib. Əmrə əsasən, 134 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 301 nəfər isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəxri fərmanı” ilə təltif olunub.
“Bilesuvarinfo” xəbər verir ki, onlardan 8-i Biləsuvarda fəaliyyət göstərən təhsil işçiləridir:
Mübariz İbrahimov adına Təhsil Kompleksinin İcraçı direktoru Aqşin Bağırov - “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə;
Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına Texniki fənlər təmayüllü məktəb-liseyin direktoru Mehman Əliyev - “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə;
Biləsuvar şəhəri Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin biologiya müəllimi Nuranə Cəfərova - “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə;
Mübariz İbrahimov adına Təhsil Kompleksinin Tarix kafedrasının müdiri və tarix müəllimi Natiq Cavadov - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman” ilə;
Mübariz İbrahimov adına Təhsil Kompleksinin İngilis dili kafedrasının müdiri və ingilis dili müəllimi Aydan Quliyeva - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman” ilə;
Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına Texniki fənlər təmayüllü məktəb-liseyin coğrafiya müəllimi Günay Hüseynli - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman” ilə;
Biləsuvar rayonu Təyyar Əliyev adına Yuxarı Cürəli kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elçin Qənbərov - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman” ilə;
Biləsuvar rayonu Amankənd kənd ümumi orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfa İmanova - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman” ilə təltif olunub.
Əziz müəllimlər, bu şərəfli işdə göstərdiyiniz əzm və fədakarlıq üçün sizə təşəkkür edir, peşəkar fəaliyyətinizdə uğurlar arzulayırıq!
***
Tural Nəsirov
Müzakirə edin
Həmçinin oxuyun:

16 noyabr 2023, Cümə axşamı
Biləsuvarda “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”mövzusunda elmi-praktik konfrans keçirilib

05 oktyabr 2023, Cümə axşamı
Biləsuvarın 6 müəllimi qabaqcıl təhsil işçisi nişanı ilə təltif edilib - SİYAHI

27 iyul 2022, Çərşənbə
“DOST"da ictimai işlərə cəlb olunaraq dələduzluq edən şəxsin məhkəməsi başlayır
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.