Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Biləsuvarın əkin sahələrində lazer mala ilə torpaqların işlənməsi prosesi genişlənir - Foto və Video


Biləsuvarın əkin sahələrində lazer mala ilə torpaqların işlənməsi prosesi genişlənir - Foto və Video

15 sentyabr 2025, Bazar ertəsi
87
0

Rayonumuzda kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi istiqamətində görülən tədbirlər davam etdirilir. 

"BİLESUVARİNFO.AZ" Biləsuvar DAİM-dən verilən məlumata əsasən xəbər verir ki, son dövrlərdə torpaqların lazer mala ilə işlənməsi prosesi genişlənmiş və fermer təsərrüfatlarında geniş tətbiq olunmağa başlanmışdır.

Lazer mala ilə torpaqların işlənməsi bir sıra üstünlükləri ilə seçilir:
 • torpaq səthinin dəqiq bərabərləşdirilməsi;
 • suvarmada səmərəliliyin artırılması və su itkisinin qarşısının alınması;
 • kənd təsərrüfatı bitkilərinin eyni səviyyədə inkişafına şərait yaradılması;
 • məhsuldarlığın yüksəldilməsi.



Bu texnologiyanın tətbiqi nəticəsində əkin sahələrində suya qənaət 25–30 faiz təşkil edir ki, bu da həm fermerlərin xərclərinin azalmasına, həm də su ehtiyatlarının qorunmasına xidmət edir.
Rayonda lazer mala ilə torpaq işlənməsinin genişləndirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və fermerlərin gəlirlərinin artmasına mühüm töhfə verir.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan