Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Natiq Abbasov – Nümunəvi sənətkarın yaşıllıq sevgisi


Natiq Abbasov – Nümunəvi sənətkarın yaşıllıq sevgisi

21 oktyabr 2025, Çərşənbə axşamı
101
0
Natiq Abbasov sənət adamıdır, Biləsuvar şəhərinin sakini kimi uzun illərdir yaşadığı şəhid Zöhrab Kərimli küçəsində nümunəvi fəaliyyəti ilə seçilir. O, yaşadığı mənzilin həyətində qurduğu kiçik qaynaqçı emalatxanasında hazırladığı əl işləri ilə sakinlərə xidmət göstərir.

Bu ünvana gələn hər kəsin ilk diqqətini çəkən isə küçənin şəhid övladlarından biri olan Zöhrabın adını daşıyan lövhədir. Natiq Abbasov təkcə sənətkarlığı ilə deyil, həm də yaşadığı məhəlləyə göstərdiyi qayğı ilə seçilir. Həyətinin hasarından yol kənarına qədər yaratdığı gözəllik, səliqə-sahman həqiqətən də təqdirəlayiqdir.
Son illərdə o, həyətində min bir həvəslə müxtəlif növ ağaclar əkmiş, xüsusilə meyvə ağaclarına böyük diqqət ayırmışdır. Mövsüm zamanı bar verən ağacların meyvəsini dərib yeyənlərə isə halallıq verir – bu isə onun səxavətli və genişqəlbli insan olduğunun göstəricisidir. 
Onu rahatlıqla “səliqə-sahman aşiği” adlandırmaq olar. Hazırladığı suvenirlər və kiçik sənət nümunələri ilə yaşıllıqlar arasında göz oxşayan bir mühit yaradıb. Şəhərin müxtəlif küçələrində görmək istədiyimiz kiçik zibil qutuları da onun əllərinin məhsuludur. Natiq Abbasov emalatxanada işini tamamladıqdan sonra həyətini, küçəsini təmizləməyə, zibil tullantılarını yığışdıraraq zərərsizləşdirməyə davam edir. Onun məqsədi yalnız öz həyətini deyil, bütövlükdə küçəsini abad saxlamaqdır.
Bu gün də Natiq Abbasovu iş başında gördük – yaşıllıqlara qulluq edir, tullantıları toplayır, bir sözlə, ətraf mühitə qayğı göstərirdi. Onun bu nümunəvi fəaliyyəti alqışa layiqdir. Düşünürük ki, əgər hər bir vətəndaş Natiq Abbasov kimi doğma yurdu üçün çalışsa, Biləsuvarımızın gözəlliyi hər kəsi heyrətləndirər. Onun bu addımları bizlərə bir daha sübut edir ki, Vətənə xidmət  gündəlik həyatın içində də mümkündür.
Qeyd edək ki, bir müddət əvvəl Natiq Abbasovu iş başında olarkən görmüş və onun fotolarını çəkmişdik. İndi təqdim etdiyimiz həmin görüntülərdən də aydın bilinirik Natiq zəhməti hər ötən gün öz bəhrəsini verir.












Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan