Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Biləsuvarlı toxumçular Masallıda keçirilən festivalda iştirak ediblər


Biləsuvarlı toxumçular Masallıda keçirilən festivalda iştirak ediblər

29 sentyabr 2025, Bazar ertəsi
412
0

Masallı rayonunda kənd təsərrüfatının inkişafı, ənənələrin yaşadılması və aqrar sahədə innovativ texnologiyaların təşviqi məqsədilə Çəltik və Düyü Festivalı və toxum sərgi-satış yarmarkası təşkil olunub.

"BİLESUVARİNFO.AZ" xəbər verir ki, tədbir çərçivəsində həmçinin mövsümün növbəti toxum sərgi-satış yarmarkası keçirilib. Fermerlərin rayonlaşdırılmış, sertifikatlı toxumlara əlçatanlığını təmin etmək və aqrar sektorda keyfiyyətli toxum istehsalını təşviq etmək məqsədilə təşkil edilən sərgi-satış yarmarkasında geniş çeşiddə toxum nümunələri nümayiş olunub.

Yarmarka çərçivəsində fermerlərə əkin prosesində aqrotexniki qaydaların tətbiqi, torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi və düzgün qulluq tədbirləri barədə də geniş məlumat verilib.  Fermerlərə bölgənin torpaq və iqlim şəraitinə uyğun  yumşaq buğdanın “Yubiley-90”, “Ləyaqətli-80”, “Lider”, “Gaudio”, “Esperia”, bərk buğdanın “Göytəpə”, “Rəvan”, arpanın “Cəlilabad-19”, “Dəyanətli” sortlarının istifadəsi tövsiyə olunub. Bildirilib ki, bu sortlar məhsuldarlığın yüksəldilməsi ilə yanaşı, yerli şəraitə yüksək uyğunlaşma qabiliyyəti ilə də seçilir.

Məlumat üçün bildiririk ki, "Çəltik və Düyü Festivalı və Toxum sərgi-satış yarmarkası"nda rayonlaşdırılmış, sertifikatlı toxumlara əlçatanlığını təmin etmək və aqrar sektorda keyfiyyətli toxum istehsalını təşviq etmək məqsədilə Biləsuvarlı toxumçulardan Mirsahib ZəkiyevRamiz Əliyev tərəfindən geniş çeşiddə toxum nümunələridə nümayiş etddirilmişdir.


Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan