Yeniyetmə gənclər Vətən müharibəsi şəhidləri şəhidlərinin xatirəsinə həsr olunan güləş üzrə birincilikdə mübarizə apardılar
Vətən sevgisi və idman ruhu bir araya gəldi – yeniyetmə güləşçilər şəhid qəhrəmanlarımız İqbal Astanlı və Babək Mahmudlunun əziz xatirəsinə həsr olunan yarışda qələbə uğrunda mübarizə apardılar.“Bilesuvarinfo” xəbər verir ki,şəhidlərin xatirəsinə həsr olunmuş sərbəst və yunan-roma güləşi üzrə 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında region açıq birinciliyi Biləsuvar Olimpiya İdman Kompleksində keçirilib. Dünən açılış olan və bu günədək davam edən birincilikdə rayonun və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəsmiləri, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, şəhidlərin valideynləri və rayon sakinləri iştirak ediblər.
Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edən natiqlər bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda başlanan Vətən müharibəsində Biləsuvar rayonundan yüzlərlə gənc könüllü olaraq əlinə silah alıb 30-ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşə yollandı. Onların arasında sərbəst güləş üzrə Azərbaycan çempionu İqbal İlqar oğlu Astanlı və Babək Süleyman oğlu Mahmudlu Vətən yolunda döyüşərək şəhidlik zirvəsinə ucalmışlar. Bugün keçirilən yarış onların timsalında bütün şəhidlərimizə həsr olunur. Çıxışlardan sonra şəhidlərimizin həyatını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, birincilikdər espublikanın müxtəlif bölgələrindən, həmçinin Türkiyə və Gürcüstandan olmaqla, ümümilikdə 300 nəfərdən çox idmançı arasında gərgin və maraqlı görüş keçirilib. Yaş qrupları üzrə keçirilən görüşlərin sonunda qaliblərə diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.






















Müzakirə edin
Həmçinin oxuyun:
25 sentyabr 2022, Bazar günü
Sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirildi - FOTO - VİDEO
06 avqust 2022, Şənbə
Güləşçi gənclər şəhidlərin xatirəsinə həsr olunan turnirdə mübarizə aparır - Yenilənib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.





Türkiyə
Pakistan
İsrail
Azərbaycan