Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Bu gün onlara Vətən torpağı qucaq açıb


Bu gün onlara Vətən torpağı qucaq açıb

29 sentyabr 2025, Bazar ertəsi
235
0

Vətən müharibəsinin yenicə başladığı günlərdə — 29 sentyabrda Biləsuvar rayonu 6 şəhidini qarşılayıb. Onlar: Astanlı İqbal, Xosizadə Müşfiq, Eynullayev Rövşən, Quluzadə Məhəmməd və Babayev Elməddinlə Məmmədzadə Kamran Çaylı kəndindəndirlər. Tam üç il sonra, 2023-cü il tarixdə ölkəmizin ərazi bütövlüyünün bərpası məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatlarında iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur.


“Bilesuvarinfo” xəbər verir ki, şəhidlərimizin anım günü münasibətilə RİH başçısı aparatının və YAP Biləsuvar rayon təşkilatının məsul şəxsləri, rayon ictimaiyyət nümayəndələri şəhid ailələrini ziyarət edib, qəhrəman şəhidlərin məzarları önünə gələrək, onların ruhuna dualar oxuyub. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılmış, xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.


Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş şəhid Babayev Elməddin Cəfərqulu oğlu 26 oktyabr 1981-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Döyüşlərdə şücaət göstərib və sentyabr ayının 29-da Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Şəhid gizir Xosizadə Müşfiq Zakir oğlu 14 aprel 1994-cü ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Sentyabr ayının 29-da Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.


Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Məmmədzadə Kamran Füzuli oğlu 24 mart 1996-cı ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Sentyabr ayının 29-da Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

MAHHXHQ olmuş şəhid Eynullayev Rövşən Elşən oğlu 14 fevral 2000-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. Sentyabr ayının 29-da Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.


Quluzadə Məhəmməd Cəlal oğlu  da MAHHXHQ-ı olub olub. O, 7 avqust 1999-cu ildə Biləsuvarın Bəydili kəndində anadan olub. Sentyabr ayının 29-da Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.


Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Astanlı İqbal İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar şəhərində anadan olub. Sentyabr ayının 29-da Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.


Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Ziyadov Cəsarət Zaur oğlu 31 oktyabr 2004-cü ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılan antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. O da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Allah şəhidlərimizə rəhmət eləsin!

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan