Biləsuvarın bir küçəsinin sakinləri içməli su problemi ilə üz-üzə qalıblar - VİDEO

Biləsuvar rayonunun Əhmədağa Muğanlı küçəsinin sakinləri içməli su problemi ilə üz-üzə qalıblar.
"Bilesuvarinfo" Baku TV-yə istinadən xəbər verir ki, sakinlər illərdir hökm sürən problemin həlli üçün aidiyyəti qurumdan kömək gözləyir.
“Suyumuz yoxdur, quru səhrada “su” deyib mələyirik. Məcburiyyətdən bataqlıqdan su götürüb içirik. Allah haqqı, itin zülmünü çəkirik”, − sakinlərdən biri söyləyib.
Problemlə bağlı Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, sözügedən ərazi rayonun yeni salınmış yaşayış sahəsidir və rayonda su-kanalizasiya sistemi qurularkən bu ərazidə yaşayış mövcud olmadığından layihəyə daxil edilməyib. Qurumun açıqlamasına görə, sonradan vətəndaşların müraciəti əsasında Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən “Azərsu” ASC-yə müraciət olunub. İcazə alındıqdan sonra sakinlərin öz vəsaitləri hesabına müvəqqəti içməli su xətti çəkilib. Lakin bu xətt layihədənkənar olduğundan sayğacların quraşdırılması mümkün olmayıb.
Qurumdan o da bildirilib ki, hazırda problemin tam şəkildə həlli üçün müvafiq qurumlar tərəfindən əlavə işlərin aparılır.
Müzakirə edin
Həmçinin oxuyun:

05 iyun 2022, Bazar günü
Biləsuvarda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub

27 mart 2022, Bazar günü
Kanalizasiya çəkilişi Mahir Quluyevin “Azərsu”ya vurduğu 80 minlik ziyanla yekunlaşdı
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.