Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda avtoqəza: azyaşlı xəsarət alıb - FOTO - VİDEO


Biləsuvarda avtoqəza: azyaşlı xəsarət alıb - FOTO - VİDEO

28 avqust 2025, Cümə axşamı
661
0
Biləsuvarda avtoqəza baş verib.

"Bilesuvarinfo"
 xəbər verir ki, Biləsuvar rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, qəza Ələt-Astara magistral yolunun 118-ci kilometrliyində qeydə alınıb. “KİA” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yoldan çıxarıb və maşın aşıb.

Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobildə olan azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan