Biləsuvar mal bazarın iş qrafiki məhdudiyyətlə bağlı dəyişdirilib

Bu barədə "Bilesuvarinfo"ya fermerlər məlumat verib.
Onların sözlərinə görə, əvvəllər bazar həftənin 3-cü günü gecə başlayıb, 4-cü günə qədər davam edirdi. Amma son məhdudiyyətlərlə bağlı olaraq bazarın iş qrafiki dəyişdirilib. Belə ki, bazar bu gecədən (6-cı gün) başlayıb, sabaha (bazar günü) qədər davam edəcək. Bununlada Biləsuvar mal bazarının fəaliyyəti dayandırılacaq, məhdudiyyət tətbiq olunacaq.
Xatırladaq ki, Azərbaycanın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Buna görə də, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.
Baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında oktyabrın 25-dən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.
Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.