Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » 12-ci Zirvə Görüşü Türk dünyasının birliyində yeni mərhələnin başlanğıcıdır


12-ci Zirvə Görüşü Türk dünyasının birliyində yeni mərhələnin başlanğıcıdır

09 oktyabr 2025, Cümə axşamı
1 426
0

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü həm məzmununa, həm də tarixi-siyasi çəkisinə görə, Türk dünyasının birliyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu toplantı təkcə təşkilat çərçivəsində cari məsələlərin müzakirə olunduğu tədbir deyil, həm də Türk coğrafiyasının beynəlxalq sistemdə artan strateji rolunun nümayişi idi. 

Zirvə görüşü Qəbələnin səfalı təbiətində, lakin dərin siyasi kontekstdə baş tutdu: qlobal səviyyədə geosiyasi gərginliklərin artdığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu bir dövrdə türk dövlətlərinin sülh və sabitlik mesajı regional diplomatiya tarixində mühüm dönüş nöqtəsinə çevrildi. Azərbaycanın türk dünyasının birliyinə xidmət edən hər bir addıma böyük dəstəyi, irəli sürdüyü təşəbbüslər özündə Türk Dövlətləri Təşkilatının gələcəyinə bir ərməğandır. Tədbirdə ölkə Prezidentimiz cənab İlham Əliyev onu da xatırlatdı ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.

Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amillərdəndir. Türkdilli ölkələrin güclərini birləşdirməsi öz aktuallığını qoruyub saxladığı bir dövrdə Zirvə görüşlərində Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini özündə ehtiva edən bir sıra mühüm mesajlar verilir.Türk Dövlətləri Təşkilatının beynəlxalq güc kimi müəyyənləşdirilməsində ölkəmizin Prezidenti cənab İlham Əliyevin birbaşa təşəbbüslərinin vacib rolu olub. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amili olduğunu qeyd edən ölkəmizin Lideri cənab İlham Əliyev mötəbər tədbirdə ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. Qəbələ şəhərində baş tutan TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı Prezident İlham Əliyev gələn il Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsini təklif edib. 

Prezident vurğulayıb: "Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim. Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm".

Bu təşəbbüs təkcə elmi və mədəni hadisə deyil, həm də Türk birliyinin tarixi dərinliyini və gələcəyə inamını əks etdirir. Bu bir daha onu göstərdi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Türk dünyasının strateji mərkəzinə çevrilib. Bu gün türk dövlətləri artıq vahid mövqedən çıxış edən, ortaq dəyərlər və ortaq məqsədlər ətrafında birləşən qlobal gücə çevrilməkdədir. Türk birliyi artıq ideya yox, reallıqdır. Bu reallığın arxasında isə güclü liderlik, sarsılmaz iradə və gələcəyə inam dayanır.

Taleh Cəfərov
Biləsuvar Rayon İcra Hakimiyyəti
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan