Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Ləman imtahanda ən yüksək nəticə göstərdi


Ləman imtahanda ən yüksək nəticə göstərdi

21 iyul 2025, Bazar ertəsi
1 282
0
Arzu və səylər varsa, insan həyatda qarşılaşdığı çətinlikləri dəf edə və uğura doğru inamla irəliləyə bilər. Bu fikrin bariz nümunələrindən biri də Yunsurzadə Ləman Vəlahəddin qızıdır.

O, Mübariz İbrahimov adına bağça-liseyin  qabacıl məzunlarındandır,  bu il Azərbaycan Dövlət Xarici Dillər Universitetinin “İngilis dili” fakültəsini yüksək göstəricilərlə başa vurub. 

Ləman müəllimlərin işə qəbulu (MİQ) imtahanında topladığı 89.25 bal ilə ən yüksək nəticəyə imza ataraq liderlər sırasında mövqe qazanıb. Əldə etdiyimiz ilkin məlumata görə, onun  nəticəsi Biləsuvarda və Şirvan - Salyan Regonal Təhsil idarəsini əhatə edən digər rayonlarda müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) bu günə qədərki ən yüksək nəticədir.

Doğma rayonunda pedoqoji fəaliyyətə başlamaq arzsunda olan Ləman, ixtisasına böyük sevgi ilə yanaşaraq şagirdlərinə bilik verməyi qarşısına məqsəd qoyub.

Ona gələcək fəaliyyətində uğurlar arzu edirik!
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan