Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » YAP Biləsuvar rayon təşkilatının Nəsimi kənd ərazi partiya təşkilat sədri Əliyev Nadir Sultanağa oğlunun doğum günü münasibəti ilə görüş keçirilib


YAP Biləsuvar rayon təşkilatının Nəsimi kənd ərazi partiya təşkilat sədri Əliyev Nadir Sultanağa oğlunun doğum günü münasibəti ilə görüş keçirilib

02 oktyabr 2025, Cümə axşamı
74
0

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının Nəsimi kənd ərazi partiya təşkilat sədri Əliyev Nadir Sultanağa oğlunun doğum günü münasibəti ilə görüş keçirilib. Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və aparatın əməkdaşları iştirak ediblər.
 
Təşkilat sədri Nadir Əliyev haqqında fikirlərini bölüşərək bildirdi ki, o, rayon təşkilatının fəaliyyətində, tədbirlərində, həmçinin rayonun ictimai-siyasi həyatında hər zaman yüksək fəallıqla iştirak edib. Nadir Əliyev 32 ildən artıqdır ki, Yeni Azərbaycan Partiyasının sıralarında uğurla təmsil olunur və partiyanın Biləsuvar rayon təşkilatının formalaşmasında fəal iştirak edib. O, həm də partiyanın rayon təşkilatının mühasibi vəzifəsində çalışıb.  K.Qurbanlı daha sonra 55 yaşı tamam olan yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər və fəaliyyətində uğurlar arzulayıb. 

Tədbirdə çıxış edən N.Əliyev göstərilən diqqətə görə partiya rəhbərliyinə və rayon təşkilatına öz minnətdarlığını bildirib. Rayon təşkilatı tərəfindən yubiley yaşının qeyd olunmasının ona böyük diqqət və qayğının nümunəsi olduğunu, eyni zamanda bu tədbirin onun üzərinə böyük  məsuliyyət qoyduğunu qeyd edib. Bundan sonra da partiya üzvü olaraq bütün bilik, bacarıq və təcrübəsini siyasi fəaliyyətinə həsr edəcəyini vurğulayıb. 

Görüş iştirakçıları yubliyara öz səmimi təbriklərini çatdırıblar.

Görüşdə Nadir Əliyevə yubileyi münasibəti ilə YAP Biləsuvar rayon təşkilatının qarşısındakı uzunmüddətli səmərəli xidmətlərinə görə “Təşəkkürnamə” ilə təltif edilərək ona hədiyyə təqdim edilmişdir.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan