Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvar məktəblərində Anım Günü ilə əlaqədar ağacəkmə aksiyaları keçirilib - FOTOLAR


Biləsuvar məktəblərində Anım Günü ilə əlaqədar ağacəkmə aksiyaları keçirilib - FOTOLAR

27 sentyabr 2025, Şənbə
192
0
Biləsuvar rayonunun ümumtəhsil məktəblərində 27 Sentyabr – Anım Günü ilə bağlı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ağacəkmə aksiyası təşkil olunub. 

"Bilesuvarinfo"
xəbər verir ki, Aksiya çərçivəsində məktəblərin həyətlərində müəllim və şagird kollektivləri tərəfindən müxtəlif növ ağaclar əkilib və onlara qulluq göstərilib. Şagirdlərin fəal iştirakı ilə keçirilən aksiyada vətənpərvərlik ruhu bir daha nümayiş olunub.

Aksiyalarda qeyd olunub ki, əkilən hər bir ağac şəhidlərimizin əbədi xatirəsinin rəmzi olacaq. Məktəblilərə ağacların qorunması və təbiətə qayğı ilə yanaşmağın vacibliyi izah edilib.




Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan