» » Mübariz İbrahimovun şəhadətindən15 il ötür


Mübariz İbrahimovun şəhadətindən15 il ötür

Bu gün Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun şəhadətindən 15 il ötür.

"Bilesuvarinfo”
xəbər verir ki, bu münasibətlə qəhrəmanın doğulduğu Biləsuvar rayonunda anım günü qeyd edilir. Rayon içtimaiyyətinin nümaiyyətinin nümayəndələri və ölkənin ayr-ayrı hüdudlarından gələn qonaqlar M. İbrahimovun Əliabad kəndində olan ata ocağını ziyarət edərək, doğmaları ilə görüşüb, ölməz qəhrəmanlığından söz açmış, müəqddəs ruhuna dualar oxuyub.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.  Doğma kəndində orta məktəbində orta təhsilini başa vurduqdan sonra Mübariz Həqiqi hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 

Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Daha sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirib. O,2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək, 5 saat təkbaşına döyüşüb. Düşmənə qarşı döyüşən Mübariz İbrahimov qəhrəmancasına şəhid olub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan