» » Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudov anıldı – Foto, Video


Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudov anıldı – Foto, Video

Vətən Müharibəsi Qəhrəmanı Mahmudovun şəhadətindən iki il ötür. Vətən torpağının bütövlüyü uğurunda böyük rəşadətlər göstərərək şəhidlik zirvəsinə ucalan Qəhrəmanın xatirəsi doğulub boya – başa çatdığı, Biləsuvarın Aşağı Cürəli kəndində anılıb.

“Bilesuvarinfo” xəbər verir ki,  anım günü münasibətilə keçirilən mərasimdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və döyüş yoldaşları  şəhidin ata ocağını ziyarət edərək, valideynləri ilə görüşüblər.

 Anım mərasimində şəhidimizin ölməz şücayətlərindən söz açılıb, kənd qəbirstanlığında müqəddəs məzarı ziyarət olunaraq,  əziz xatirəsi ehtiramla anılıb,  ruhuna dualar oxunub. Qeyd olunmuşdur ki, torpaqlarımızın azadldığı uğurunda öz çanlarını Vətəninə fəda edən şəhidlərimizin xatirəsi bundan sonra da, daima anılacaq. Dövlət - Xalq birliyinin möhkəmliyi bundan sonara imkan verməyəcək ki, düşmən məkrli niyyətini həyata keçirsin. Atıq, Vətən müharibəsində Şanlı ordumuzun parlaq qələbəsindən sonra 30 il həsrətində qaldığımız Qarabağımıza yeni həyat qayıdır, quruçuluq işləri günbə - gün genişlənir.     
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Cavid Hilal oğlu Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində ziyalı ailəsində anadan olub. 1995 - 2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil alıb. 2006 - 2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.

Cavid Mahmudov 2010 - 2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012 - 2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018 - 2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən isə o, xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə davam edirib.

Azərbaycan Ordusunun kapitanı olan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və oktyabrın 5-də Füzuli döyüşləri zamanı  düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Cavid Mahmudov doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli  kənd qəbristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavid Mahmudova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Cavid Mahmudov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR