» » Məni yaşadan şagirdlərimdir!


Məni yaşadan şagirdlərimdir!


Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.

Şair İbrahim Yusifoğlu bu misralarında müəllim peşəsinin əzəmətini necədə gözəl vəsf edib. Bəli, 11 il doğma valideynlərimz qədər yaxın olur onlar, əlimizdən tutub həyatın doğru yolunu göstərir, gələcəyimizə işıq saçırlar şölə saçan ömürlərindən.  Gələcəyə doğru ömür payımız hansı səmtə yön alırsa belə, müəllim şəxsiyyətinin qarşısında özünü borclu bilirsən. 5il,10 il, fərq eməz, onilliklər sonrası xatirələr işığında müəllimlərin nur üzlü simaları gözlərimizdə...


Eh, harda qaldı, o məktəb illəri, min bir nazımıza dözüb, səbr edən müəlimlərimiz indi  hardadır görəsən?.  Bu gün - 8 mart Beynəlxalq Qadınlar günündə, Kamil müəllimin təşəbbüsü ilə, yolumuzu Sonaxanım müəllimin yaşadığı ünvandan saldıq. 
O, gəlişimizin səbəbini biləndə, titrək səslə deyir:  “Yaşa dolduqca müəllimlik peşəsinin nə qədər əzəmətli olmasını daha dərindən hiss edirəm. Şagirdlərlə yaşanan ömür payımdır, mənə həyat eşqi verən. Harasa gedərkən onların xoş münasibətini görəndə özümü sonsuz xoşbəxt bilirəm, məni yaşadan şagirdlərimdir”. 

Sonaxanım müəllimə keçmiş xatirələri yada salaraq bidirir ki, yaxşı müəllim özündən daha yaxşını önə  çıxarandır.  “Görkəmli pedaqoq, işinin kamil bilicisi, ağsaqqal mərhum Cəlil müəllim Əbişovun ömür payı bizə fəaliyyətimizdə hər zaman nümunə olub. Ondan çox şey öyrəndik. Geridə qlan 40 ildə, nə qədər  yaşlansaq da, məsuliyyət hissimiz bir qədər artıq olub. Məktəbdə  müəllim öz davranışı ilə şagirdlərə nümunə olur, müəllim şagirdə olan münasibəti özü qazanır.”-deyərək, sözlərinə əlavə edir. 

İki əsrin pedaqoqu Sonaxanım Astanova müasir dövrdə müəllim-şagird münasibətlərinə toxunarkən vurğulayır ki,  təhsilimizdə qarşıya çıxan nöqsanlarda bəzi müəllimlərin öz işinə məsuliyyətsiz yanaşmasıdır : “ İndi, informasiya əsrində telefon, internet  evlərə ayaq açıb. Əslində normal qəbul olunmalıdı, internetdən  insan  bilgiləri daha asanlıqla əldə edir. Çox təəssüf ki, uşaqlar bundan zərərli tərəflərini  daha çox seçirlər. Dinimizdə də var, insan boş vaxtının çoxunu mütaliyəyə ayırmalıdr. Bir vaxtlar uşaqlar bədii ədəbiyyata daha çox yaxın idilər, oxuduqları ədəbiyyat qəhrəmanlarına oxşamaq, obrazlı şəkildə özlərini ifadə etməyə çalışırdılar.”.
  
Sonaxanım müəllimə hazırda təqaüddə olsa da, vaxtını gənclərlə keçirir, yenə tədrisi ilə məşğul olduğu Azərbaycan dili və ədəbiyyatdan uşaqlara biliklər verməklə günü başa vurur.  Ali məktəblərə qəbulda yüksək nəticələr göstərən  yetirmələri bu gün də var. Deyir ki, istedadlı gənc müəllimlərimiz kifayət qədərdir.  Bu yaşımda bekar qala bilmirəm, onlara tövsiyyəm budur ki, öz üzərilərində daha çox çalışsınlar. Dövlətimiz onların inkişafına stimul verəcək  kifayər qədər imkanlar yaradıb. 

Ömrünün 40 ilini Biləsuvar şəhər 1 saylı tam orta məktəbdə gənc nəslin təlim-tərbiyəsinə həsr edən Sonaxanım Novruzəli qızı Astanovanı bu gün şagirləri sonsuz bir sevgi ilə xatırlayır. Onun yüzlərlə yetirmələri, elə bütün cəmiyyət arasında adını uca edən yüksək insani dəyərlərə malik olmasıdır. Düzlüyü, elinin təəssübünü çəkən bir ziyalı xanım olması ona hər zaman baş ucalığı gətirib.

 O, 1953-cü ildə Biləsuvar rayonunda ziyalı ailəsində doğulub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin  Azərbaycan dili və ədəbiyyatı  ixtisası üzrə ali təhsil alıb. 1980-cı ildən 2019-cu ilədək Biləsuvar şəhər, Nizami adına 1 saylı tam orta məktəbin müəllimi, həm də uzun illər bu məktəbin  tədris işləri üzrə direktor müavini olub.

Bu gün xeyirxah əməlləri ilə ümumən bəşəriyyəti gözəlləşdirən xanımların  bayaramıdır. Sonaxanım müəllimin timsalında, Biləsuvarımızın bütün xanım müəllimlərini təbrik edir, onlara xoşbəxt ömür arzu edirik! 
Surxay Şahbazov  
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR