Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür


Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür

07 noyabr 2025, Cümə
384
0
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb.

Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib.

M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub.O, qəhrəmanlığı ilə 2010-cu ilin 18 iyununda Azərbaycanın şərəf və qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazaraq, qəhrəmancasına şəhid olub.

Mübariz İbrahimov göstərdiyi şücaətlə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.O, qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu. Hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Məhz 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, bu gün Azərbaycan ordusunda Mübariz ürəkli minlərlə cəsarətli Vətən övladları yetişib və bu ordu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarını cəmi 44 gün ərzində azad etdi.
İkinci Qarabağ müharibəsi zamanı, 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun şəhid olduğu yer Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və burada Azərbaycan bayrağı dalğalandırılmışdır.

Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verilib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan