Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Təhsilə həsr olunmuş ömrün 68- ci ili - Fəday Əliyev...


Təhsilə həsr olunmuş ömrün 68- ci ili - Fəday Əliyev...

15 noyabr 2025, Şənbə
185
0
Bu gün ömrünün 45 ilini məktəbə, təhsilə, gənclərin formalaşmasına həsr etmiş, rayonda və çalışdığı təhsil ocağında nümunəvi təşkilatçı, pedaqoji mühitin sözün əsl mənasında dayağı olan Fəday müəllim Əliyevin 68 yaşı tamam olur. O, 1985-ci ildən doğulub boya-başa çatdığı İsmətli kənd orta məktəbində tarix fənnini sevgi, məsuliyyət və böyük bir müəllim ləyaqəti ilə tədris edib.

Fəday müəllimin həyat yolu yalnız dərs dediyi siniflərlə məhdudlaşmayıb- onun yetişdirdiyi yüzlərlə şagird bu gün ölkənin müxtəlif sahələrində ali təhsilli mütəxəssis, alim, professor, ziyalı kimi cəmiyyətə töhfə verir. Bu uğurlar müəllimin yanan bir şam tək özündən verərək başqalarını işıqlandırmasının ən gözəl sübutudur.

Doğum günü münasibətilə bu gün onu sevən dostları, həmkarları və doğmaları bir araya gələrək Fəday müəllimin həyat yoluna, şəxsiyyətinə, insanlıq keyfiyyətlərinə bir daha işıq saldılar. Çıxış edən Musaxan Əliyev, Qəmbər Cəfərov onun təkcə bir pedaqoq kimi deyil, həm də ziyalı mövqeyi, cəmiyyətə olan münasibəti, ətrafına göstərdiyi diqqət və qayğı ilə həmişə seçildiyini qeyd etdilər.

Fəttah müəllim, Adil müəllim, İmran müəllim və Surxay Şahbazov , Samir Qurbanov  isə dostluğa sədaqəti, sadəliyi, prinsipiallığı və insanlarla rəftarı barədə ürək sözlərini bölüşdülər. Onların söylədikləri hər bir fikir Fəday müəllimin necə böyük hörmət sahibi olduğunun canlı təsdiqi idi.
Tədbirin sonunda doğum günü tortu kəsildi, bu kəsilən tortun şamlarında Fəday müəllimin əməklə, xeyirxahlıqla, zəhmətlə dolu illəri sanki işıldayırdı. Dostları ona sağlamlıq, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində bol-bol uğurlar arzuladılar.

Fəday müəllim, yeni yaşınız mübarək!
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan