Bir məktəb həyətində doğulan ümid
Biləsuvar şəhər 1 saylı əsas məktəbin həyətinə daxil olarkən uzaqda bir şagirdin sakitcə kitab oxuduğunu gördük. Bir anlıq ayaq saxlayıb bu mənzərəni seyr etdik. O, əlindəki dəftəri varaqlayır, diqqətlə oxumaqda davam edirdi. Özünün xəbəri olmadan bu anı – elmə və biliyə olan marağın təbii təzahürünü – lentə aldıq.
Elə həmin vaxt məktəbin direktoru Ağaverdi Məmiyev də bizi kənardan müşahidə edirmiş. Sonradan söhbət zamanı o bildirdi ki, diqqətimizi çəkən bu mənzərə onun üçün də qürurvericidir:
“Bu balaca məktəblinin elmə olan marağı bizim məktəbin ən böyük qazancıdır,” – deyə direktor vurğuladı.
Bir qədər sonra direktor bizi həmin şagirdlə də tanış etdi. Fərəcli Əli Bəhruz oğlu – 5 “A” sinifinin şagirdidir. O, məktəbin əlaçı şagirdlərindəndir. Dərsləri ikinci növbədə olan Əli, həmin gün məktəbdə təşkil edilən dərsdənkənar məşğələ kursuna gəlmişdi. Elmə olan marağı və oxuma vərdişləri ilə o, həm sinif yoldaşlarına, həm də müəllimlərinə nümunədir.
Elə bil, o gün məktəb həyətində yalnız bir uşaq kitab oxumurdu — orada bir ümid, bir gələcək də səssizcə böyüyürdü.
"Bilesuvarinfo.az"
Müzakirə edin
Həmçinin oxuyun:
10 yanvar 2024, Çərşənbə
Respublika Fənn Olimpiadalarının rayon (şəhər) turunun qalibləri - SİYAHI - YENİLƏNİB
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.






Türkiyə
Pakistan
İsrail
Azərbaycan