Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda Zəfər Gününə həsr olunmuş təntənəli tədbirlər keçirilib


Biləsuvarda Zəfər Gününə həsr olunmuş təntənəli tədbirlər keçirilib

08 noyabr 2025, Şənbə
64
0

8 Noyabr – Zəfər Günü münasibətilə Biləsuvar rayonunda silsilə tədbirlər təşkil olunub.

“Bilesuvarinfo” 
xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən əsas tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində göstərdiyi qəhrəmanlıq sayəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışıb.

Deputat Bəhruz Məhərrəmov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və digər çıxış edənlər də 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdıraraq şəhidlərimizin və qazilərimizin göstərdiyi fədakarlığın gələcək nəsillər üçün örnək olduğunu vurğulayıblar.

Daha sonra Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, məktəblilərin hazırladıqları vətənpərvərlik ruhlu bədii kompozisiyalar təqdim olunub.

Zəfər Gününün beşinci ildönümü münasibətilə rayonun Zəfər parkında ağacəkmə aksiyası keçirilib. Günün sonunda isə Mərkəzi parkda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib. Rayonun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə təqdim olunan musiqi proqramı tədbir iştirakçılarına yüksək əhval-ruhiyyə bəxş edib.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan