“Zamin həkimi uğurlu fəaliyyətinə görə bu diqqətə layiq bildik”

Zamin Həsənov “Region Press” qəzetinin Fəxri Diplomu ilə təltif olundu
“Region Press” qəzetinin 20 illik yubileyi münasibətilə bir qrup şəxs Fəxri Diplomla təltif olunub.
“Bilesuvarinfo” xəbər verir ki, qəzetin 20 illik fəaliyyəti dövründə ilk dəfə olaraq, mətbu orqanla səmərəli əməkdaşlığa görə bir sıra şəxslərə “Fəxri Diplom” təqdim edilib.
Bu barədə qəzetin baş redaktoru Surxay Şahbazov məlumat verib. O bildirib ki, “Həkim məsləhəti” rubrikasında sakinlərin tibbi maarifləndirilməsində fəal iştirak edən tanınmış həkim Zamin Həsənov da bu diqqətə layiq görülüb:
“Fəxri Diplom Zamin Həsənova hazırda fəaliyyət göstərdiyi Cəlilabad rayonundakı ‘Zəhra’ Klinikasında təqdim edildi. Zəfər Günü ərəfəsində polkovniklə görüşməkdən qürur duyduq. Zamin həkimi uğurlu fəaliyyətinə görə bu diqqətə layiq bildik.”
Zamin Həsənov uzun illər Silahlı Qüvvələrimizdə həkim-otorinolaringoloq (LOR) kimi nümunəvi xidmət göstərib və ehtiyatda olan polkovnikdir. Ordudan təxris olunduqdan sonra o, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətini davam etdirərək rayon sakinlərinə peşəkar tibbi xidmət göstərib.
Onun peşəkarlığı sayəsində artıq bir çox sakinlər burun və qulaq əməliyyatları üçün paytaxta üz tutmağa ehtiyac duymur. Zamin Həsənov öz sahəsinin kamil bilicisi kimi bütün LOR xidmətlərini yüksək səviyyədə təqdim edir və həmkarları, həm də pasiyentləri tərəfindən böyük hörmət qazanıb.

Həmçinin oxuyun:
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.







Türkiyə
Pakistan
İsrail
Azərbaycan