Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » “Konstitiosinalizim: Dövlət quruculuğu və hüquq islahatları” mövzusunda dəyirmi masa təşkil olunub.


“Konstitiosinalizim: Dövlət quruculuğu və hüquq islahatları” mövzusunda dəyirmi masa təşkil olunub.

14 noyabr 2025, Cümə
42
0
Noyabr ayının 14-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının və Biləsuvar 1 saylı Mediasiya  qurumunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Konstitiosinalizim: Dövlət quruculuğu və hüquq islahatları” adlı tədbir keçirilib. Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar 1 saylı Mediasiya təşkilatının sədri Tahir Şahbazov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.
        
Əvvəlcə Konstitiosinolizmin formalaşmasının mərhələlərinə dair videoçarx izlənilib.
        
Tədbiri YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı açaraq qonaqları və iştirakçıları salamlayıb. O, çıxışında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb. Bu ilin eyni zamanda, bir sıra əlamətdar hadisələrə - Konstitusiyanın qəbulunun 30 illiyinə, vətən müharibəsində qələbənin 5 illiyinə təsadüf etdiyini diqqətə çatdıraraq bildirib ki, bu əlamətdar il münasibətilə YAP Rayon təşkilatında silsilə tədbirlər həyata keçirilir və Biləsuvar 1 saylı mediasiya təşkilatı ilə keçirilən bu görüş də həmin tədbirlər silsiləsinin tərkib hissəsidir. K.Qurbanlı həmçinin ölkəmizdə həyata keçirilən məhkəmə və hüquq islahatlarından bəhs edərək, bu sahədə maarifləndirmə işinin vacibliyini qeyd edib. O, mediasiyanın vətəndaşların hüquqlarının qorunmasında, qarşılıqlı anlaşmanın bərqərar olunmasındakı əhəmiyyətindən danışıb.
        
Biləsuvar 1 saylı Mediasiya təşkilatının sədri Tahir Şahbazov çıxış edərək mediasiyanın mahiyyəti, tətbiq sahələri və üstünlükləri barədə danışaraq, dövlətin mediasiya institutuna verdiyi dəstəyi, qanunvericilikdə aparılan islahatları və gələcək hədəfləri iştirakçılarla bölüşüb. Mediasiyanın yalnız hüquqi mübahisələrin deyil, həm də sosial münasibətlərin sağlamlaşdırılmasında mühüm rol oynadığını vurğulayan T.Şahbazov tərəflər arasında qarşılıqlı anlaşma mühitinin formalaşdırılmasının mediasiyanın əsas dəyərlərindən biri olduğunu qeyd edib.
        
Görüşdə mediasiyanın cəmiyyətdə, ictimai münasibətlərdə rolu və əhəmiyyəti müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan