Zəfər Günü münasibətilə gənclər 5 km məsafəni qaçdılar
Biləsuvarda Zəfər Gününün 5 illiyinə həsr olunmuş qaçış yarışı keçirilib.“Bilesuvarinfo” xəbər verir ki, “Zəfər marafonu” adlanan bu rayon birinciliyi Biləsuvar Rayon İcra Hakimiyyətinin aidiyyəti qurumlarla birgə təşkilatçılığı ilə baş tutub.
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan yarışda 200-dən çox gənc iştirak edib. Qaçış 5 kilometrlik məsafəni əhatə edib – marşrut Bəydili kəndinin girişindən başlayaraq, Biləsuvar şəhərinin mərkəzi istiqamətində davam edib və Mərkəzi parkda qurulmuş finiş xəttində yekunlaşıb.
Mükafatlandırma mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Zəfər bayramının 5-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində əldə etdiyi tarixi Qələbədən danışıb.
Tədbirdə həmçinin YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov və idarənin Biləsuvar sektorunun müdiri Azad Quliyev çıxış edərək Zəfər Gününün əhəmiyyətindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində bu kimi tədbirlərin önəmindən bəhs ediblər.
Yarışın sonunda qaliblər medallar, fəxri fərmanlar və hədiyyələrlə təltif olunublar.
Belə ki, 1-ci yerə – Hüseynov Seymur Turab oğlu (Nəsimi kəndi), 2-ci yerə – Məmmədli İsmayıl Emin oğlu (Ovçubərə kəndi), 3-cü yerə – Qasımlı Elmir Elşən oğlu (Nəsimi kəndi) sahib çıxıb. Fərqləndiklərinə görə isə Saqiyev Səid Rövşən oğlu və Kazımlı Vüsal Əfqan oğlu da diplomlarla mükafatlandırılıblar.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.
Müzakirə edin
Həmçinin oxuyun:
25 sentyabr 2022, Bazar günü
Sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirildi - FOTO - VİDEO
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.






Türkiyə
Pakistan
İsrail
Azərbaycan