Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib


Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib

05 noyabr 2025, Çərşənbə
114
0

Ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması, avtomobillərdən atmosferə atılan zərərli tullantıların insan sağlamlığına vurduğu zərərin azaldılması məqsədilə Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər həyata keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb.

Yol polisi əməkdaşları tərəfindən sürücülərin bir daha diqqətinə çatdırılıb ki, avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir.

Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan