Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda sağlam həyat tərzinin təşviqi məqsədilə maarifləndirici tədbir keçirildi


Biləsuvarda sağlam həyat tərzinin təşviqi məqsədilə maarifləndirici tədbir keçirildi

14 noyabr 2025, Cümə
92
0

Biləsuvar Rayon İcra Hakimiyyəti və Biləsuvar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə əhalinin tibbi maarifləndirilməsi və sağlam həyat tərzinin təşviqi məqsədilə geniş maarifləndirici tədbir keçirilib. Tədbir “Ananın körpəsinə verə bildiyi ilk və ən qiymətli hədiyyə – ana südüdür!” və “Xəstəliklərin erkən aşkarlanmasında dispanserizasiyanın rolu” mövzularına həsr olunub.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar RMX PHŞ-nin direktoru Asəf Məmmədov, kənd həkim məntəqələrinin əməkdaşları, təhsil işçiləri, gənclər və rayon sakinləri iştirak ediblər.


"Bilesuvarinfo" xəbər verir açılış nitqi ilə çıxış edən Asəf Məmmədov ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, profilaktik tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin genişləndirilməsinin dövlət tərəfindən prioritet istiqamət kimi müəyyən edildiyini vurğulayıb. O qeyd edib ki, ana südü körpələrin immun sisteminin formalaşmasında, sağlam inkişafında, həmçinin bir çox xəstəliklərdən qorunmasında mühüm rol oynayır. Bununla yanaşı, xəstəliklərin erkən aşkarlanması üçün dispanserizasiyanın əhəmiyyəti və hər bir vətəndaşın mütəmadi tibbi müayinədən keçməsinin vacibliyi xüsusi diqqətə çatdırılıb.


Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova öz çıxışında dövlətin əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirdiyi sosial siyasətin davamlı xarakter daşıdığını, regionlarda maarifləndirici tədbirlərin mütəmadi təşkil olunmasının isə bu siyasətin tərkib hissəsi olduğunu qeyd edib. O bildirib ki, tibbi savadlılığın artırılması, sağlam həyat tərzinin təbliği və xəstəliklərin profilaktikası əhalinin ümumi rifahının yüksəldilməsində mühüm rol oynayır.


Daha sonra Biləsuvar RMX-nın Terapiya şöbəsinin müdiri Elnarə Cəfərova mövzular üzrə geniş təqdimatla çıxış edib. O, ana südünün qida dəyəri, körpələrin fiziki və zehni inkişafında əvəzsiz rolu barədə elmi əsaslara söykənən məlumatlar verib. Eyni zamanda, dispanserizasiyanın məqsədi, mərhələləri və praktik faydaları izah olunaraq, erkən diaqnostikanın həm xəstəliklərin müalicəsində, həm də cəmiyyətin sağlamlıq səviyyəsinin qorunmasında xüsusi əhəmiyyət daşıdığı bildirilib.


Tədbir diskussiya formatında davam etdirilib. İştirakçıların ana və uşaq sağlamlığı, hamiləlik dövründə müayinələrin təşkili, xroniki xəstəliklərin qarşısının alınması və profilaktik tədbirlərlə bağlı sualları tibb mütəxəssisləri tərəfindən ətraflı şəkildə cavablandırılıb.


Görüşün sonunda tədbirin iştirakçıları belə maarifləndirici layihələrin əhalinin tibbi məlumatlılığının artırılmasına, sağlam həyat tərzi vərdişlərinin formalaşmasına və ümumi sağlamlıq göstəricilərinin yaxşılaşmasına mühüm töhfə verdiyini qeyd ediblər.


Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
karvan