Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Dövlət quruculuğu və hüquq islahatları” mövzusunda dəyirmi masa təşkil olunub


Dövlət quruculuğu və hüquq islahatları” mövzusunda dəyirmi masa təşkil olunub

14 noyabr 2025, Cümə
29
0


Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının və Biləsuvar 1 saylı Mediasiya qurumunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusionalizm: Dövlət quruculuğu və hüquq islahatları” mövzusunda dəyirmi masa keçirilib.


"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar 1 saylı Mediasiya təşkilatının sədri Tahir Şahbazov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.


İlk olaraq konstitusionalizmin tarixi inkişaf mərhələlərini əks etdirən videoçarx nümayiş olunub.


Tədbiri açan YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin ölkəmizin dövlətçilik tarixində mühüm mərhələ olduğunu vurğulayıb. O, həmçinin Konstitusiyanın qəbulunun 30 illiyi və Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinin bu ilə təsadüf etməsinin xüsusi rəmzi məna daşıdığını bildirib. Kamil Qurbanlı qeyd edib ki, YAP Biləsuvar rayon təşkilatı tərəfindən bu əlamətdar il münasibətilə silsilə tədbirlər keçirilir və Mediasiya qurumu ilə təşkil olunan dəyirmi masa həmin təşəbbüslərin davamıdır.


Çıxışında ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarına toxunan natiq bu istiqamətdə ictimai maarifləndirmənin önəmini vurğulayıb. O, mediasiyanın cəmiyyətin hüquqi mədəniyyətinin yüksəldilməsində, vətəndaşlar arasında anlaşma mühitinin qorunmasında mühüm vasitə olduğunu diqqətə çatdırıb.


Biləsuvar 1 saylı Mediasiya təşkilatının sədri Tahir Şahbazov çıxışında mediasiya institutunun mahiyyəti, tətbiq sahələri və üstünlükləri barədə ətraflı məlumat verib. O, dövlətin mediasiyaya göstərdiyi dəstəyin, hüquqi islahatların və instituta artan ehtiyacın cəmiyyətin sağlam münasibətlərə olan tələbatından irəli gəldiyini qeyd edib. T.Şahbazov vurğulayıb ki, mediasiya yalnız hüquqi çərçivədə deyil, insan münasibətlərində qarşılıqlı anlaşmanın bərqərar olunmasına xidmət edən dəyərli mexanizmdir.


Görüşdə mediasiyanın cəmiyyətdə rolu, sosial münasibətlərə təsiri və hüquqi mədəniyyətin inkişafındakı yeri müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan