Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » "Yurdumun elm adamları” kitabının təqdimatı Biləsuvarda keçirildi


"Yurdumun elm adamları” kitabının təqdimatı Biləsuvarda keçirildi

10 noyabr 2025, Bazar ertəsi
170
0

Biləsuvarda yaşayıb-yaradan şair Səlamət Biləsuvarlının yeni işıq üzü görən “Yurdumun elm adamları” kitabının təqdimat mərasimi keçirilib.

“Bilesuvarinfo” 
xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının akt zalında baş tutub. Tədbirdə rayonun tanınmış ziyalıları, eləcə də kitabda haqqında bəhs olunan elm adamları iştirak ediblər.

Təqdimat mərasimini Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov açaraq müəllifi təbrik edib, onun yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib. Digər çıxış edənlər də kitabın ərsəyə gəlməsində çəkilən zəhməti qeyd edib, müəllifə minnətdarlıqlarını bildiriblər.

Çıxışlarda vurğulanıb ki, elm adamlarının həyat və yaradıcılıq yolunu əks etdirən bu toplu gənc nəslin elmə, biliyə və ziyalılığa marağını artıracaq, onların həyat yoluna istiqamət verəcək dəyərli bir mənbədir.

Bildirilib ki, müəllifin sayca altıncı kitabı olan “Yurdumun elm adamları” üç bölmədən ibarətdir. Nəşrdə Azərbaycanın müxtəlif elm sahələrində fəaliyyət göstərən biləsuvarlı alimlər, fəxri adlara layiq görülmüş ziyalılar və müxtəlif mövzularda kitab müəllifləri haqqında geniş məlumatlar yer alır.

Tədbirdə çıxış edən Səlamət Biləsuvarlı qeyd edib ki, bu kitab vasitəsilə elmə, ziyalılığa, bilik və zəhmətə hörmət hissini oxuculara çatdırmaq istəmişdir:“Əsərin ərsəyə gəlməsində mənə dəstək olan, diqqət və dəyər göstərən hər kəsə təşəkkürümü bildirirəm.”

Qeyd edək ki, bir neçə gün öncə kitabın paytaxt Bakıda da təqdimatı keçirilib. Həmin tədbirdə Biləsuvar rayonundan olan ziyalılar və müxtəlif sahələrdə çalışan tanınmış elm adamları iştirak ediblər.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan