Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Ömrünü işığa çevirən müəllim- Aydın Əbilovun 76 yaşı qeyd olundu


Ömrünü işığa çevirən müəllim- Aydın Əbilovun 76 yaşı qeyd olundu

09 noyabr 2025, Bazar günü
78
0

Bu gün Biləsuvarın ziyalı mühitində öz müstəsna yeri və böyük nüfuzu olan veteran müəllim, elm fədaisi Aydın Əbilovun 76 yaşı qeyd olunub. Zəfər bayramının abu-havasında bir araya gələn   Biləsuvar "Veteran təhsil işçiləri"  Qrupu dəyərli həmkarları ilə görüş keçirib, Aydın müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edib, ona möhkəm can sağlığı, uzun ömür və ailə səadəti arzulayıblar. Zəfər bayramınin beşinci ildönümü və Bayraq gününə təsadüf edən bu görüş ziyalıların təəssüratlarını paylaşmaq üçün möhtəşəm gün olub.


İşığına toplaşdıqları Aydın müəllimin şərəfli ömür yoluna nəzər salan dostları, həmkarları xüsusi vurğuladılar ki, Aydın müəllim pedaqoji fəaliyyətində təkcə bir müəllim olaraq deyil, maarifin çırağını hər evə, hər qəlbə daşıyan bir ziyalı kimi yaddaşlara həkk olunub. Onun işıqlı ömür yolu, səmimiyyəti, insanpərvərliyi və gənc nəslin formalaşmasına verdiyi töhfələr unudulmazdır. Çünki xalq üçün yaşanan ömür sahibinə məxsus olmur- o, nur bəxş etdiyi hər bir taleyin bir parçasına çevrilir. Adı tək cəmiyyətə aydınlar bəxş edən Aydın müəllim kimi...
Ölməz şairimiz Musa Yaqubun müəllim ömrünə verdiyi yüksək qiymət sanki Aydın müəllim kimi fədakar insanlara həsr olunub:
 İnsanla həmyaşdı ölməz, yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir, səndədir- müəllim ömrü.
Belə ömürlər xalqın yaddaşına silinməz izi, cəmiyyətin düşüncəsinə işıq, gələcəyin yoluna mayak olur.


✍️ Qələmə aldı: Surxay Şahbazov

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan