» » “42000 ağacı əkmək əsas deyil, becərməyi bacarmalıyıq!.."


“42000 ağacı əkmək əsas deyil, becərməyi bacarmalıyıq!.."

Biləsuvarda yeni ağacəkmə kompaniyalarında diqqəti çəkən məqam qadınlara məxsuz birlik tərəfindən geniş ərazidə ağac əkininin aparılmasıdır. Yeni layihə əsasında  yaşıllıq zolağının salınmasında məqsədin baramaçılıq təsərrüfatlarının yaradılmasının olduğu deyilir. 

Bu yerdə, geridəki illərdə əkilən minlərlə ağacın ( Muğankən - Çaylı dolama avtomobil yolunda  və s. ərazilərdə) acı talehini xatırlamaq,  əkilən 42000 ağac üçün ( qarşıdan gələn  yay fəslini nəzərə alsaq) indidən  “həyacan təbili”ni düşündük. 

Xanımlar bu nəcib təşəbbüsü necə reallaşdırır, ağacların suvarılnasında hansı addımlar atılır?. Bütün bu və ya digər suallara aydınlıq gətirməkçün "Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək" İctimai Birliyinin sədri Nətavan Əzizovayla görüşüb onunla həmsöhbət olduq. 

- Xoş gördük Nətavan xanım, öncə qarşıya qoyulan layihəyə başlamaq qərarından danışmağı xahiş edirik... 

- Artıq rayonumuzda 7 ildir fəaliyyət göstərən "Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək" İctimai Birliyi qadınlarla, xüsusilə sosial dəstəyə ehtiyacı olan xanımlarla bağlı layihələri uğurla həyata keçirir. Hazırda "Su qıtlığından əziyyət çəkən həssas qrupların yeni təsərrüfat sahəsi vərdişlərinə yiyələnmə və iqtisadi güclənmə" layihəsini Biləsuvar rayonu ərazisində  icra edirik. Adından məlum olduğu kimi, layihənin əsas məqsədi su qıtlığından əziyyət çəkən region insanını mövcud xammaldan istifadə edərək iqtisadi güclənməni təmin etmək yeni vərdişlərinə yiyələndirməkdir. Həmçinin layihədə ekoloji faydalılıq prioritet istiqamət kimi nəzərdə tutulmuşdur. Odur ki, apardığımız araşdırmalar tut ağacının susuzluğa dözümlüyü, ən əsası da baramaçılıqda xammal yem bazası olmasını nəzərə alıb bu layihəyə start verdik. 

- Nəzərə alsaq ki, qarşıdan yay fəsli gəlir, ölkədə, rayonda suvarma suyunun çatışmamazlığı  sizin bu işinizdə çətinliklər yaratmayacaqmı?. 

- Məlumat üçün bildirim ki,  ağaclar əkilən ümumi 5 ha ərazi Biləsuvar şəhərində və rayonun 6 kəndində ( Xırmandalı, Bəydili, Amankənd, Dövrüşlü , Səmədabad və Əsgərabad) yerləşir. Bu ərazilərdə ağaclar əkilərkən su hövzələrinə yaxın olması , suyun olmayaçağı təqdirdə ehtiyat mənbələri hesabına nece suvarılacağı müzakirə olunmuşdur. Artıq bu ərazilərdə əkilən 42000 ağaca ikinci suyunu da vermişik, mator və borular icarə olunaraq suvarma prosesinin asanlaşdırılması təmin olunur. 

- Bu işdə sizə dəstək olanlar varmı?.  
                              
- Layihənin əsas tərəfdaşı Aərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyidir. Ağacların ayrılmasında bizə yaxından dəstək oldular. Əlbəttə, 5 ha ərazidə 42000 tut tinginin  yerinin hazırlanmasını biz təkbaşına edə bilməzdik. Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı hörmətli Faiq müəllimin bizə yaxından mənəvi dəstəyi bizə bu işimizi uğurla reallaşdırmağa imkan verdi. Bu fəaliyyəti icra etdiyimiz zaman bizə texniki cəhətdən  kömək olan - Biləsuvar Rayon İcra Hakimiyyəti, Kommunal Müəssisələri Kombinatı,  Biləsuvar DAİM,  Suvarma  sistemləri idarəsi, 40 saylı Yol İstismar idarəsi, ”Azərsu” ASC-nin Biləsuvar Sukanal sahəsi, “Biləsuvar Pambıq” ASC-nin rəhbərliyinə və Bəydili, Əsgərabad, Amankənd Xırmandalı, Səmədabad kəndlərinin bələdiyyə və icra nümayəndəliklərinə, həmçinin sahibkar Mirvəli Zəkiyevə layihə komandası adından təşəkkürümüzü bildiririk. 

- Ağac əkilən ərazilər necə hazırlanması necə təmin olundu?.

- Müəyyən edlmiş hər bir ərazi öncə hamarlanaraq,  şumlandıqdan sonra arxları çəkilib, aqrotexniki qaydalara tam əməl olunmaqla tinglər əkilib. Onu da bildirim ki, Biləsuvar şəhərində  ağac əkilən 3 ha ərazi həmçinin zibil tullantılarından təmizlənilmişdir. 

-  Öncə bildirdiniz ki, bu işdə məqsəd rayonda su qıtlığından əziyyət çəkən həssas qruplar üçün, yeni təsərrüfat sahəsi  baramaçılıqda  vərdişlərə yiyələnməsidir.. .
 
- Bəli, tut ağacların əkilməsi , rayonda həyata keçiriləcək mühüm bir layihənin tərkib hissəsidir. Artıq layihənin biznes planı da hazırlanaraq müvafiq qurumlara təqdim olunub və müsbət rəy verilib. Hazırda qarşıda duran əsas məqsəd baramaçılıqda yem bazasının əsasını təşkil edən tut bağlarının salınmasıdır ki, indi  42000 ağacı əkmək əsas deyil, becərə bilməliyik!.. . Buna nail olmaqla yerlərdə aztəminatlı ailələrə öz baramaçılıq təsərrüfatlarını qurmaq üçün lazımı dəstək olunacaq.

 Bu günlərdə, Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi "Su qıtlığından əziyyət çəkən həssas qrupların yeni təsərrüfat sahəsi vərdişlərinə yiyələnmə və iqtisadi güclənmə" layihəsi ilə bağlı Qax Damazlıq İpəkçilik stansiyasının mütəxəssisləri rayonda sakinlərlə görüş də keçirib. Mütəxəssislər Biləsuvar kümçülərinə ipəkqurdunun saxlanılması qaydaları ilə bağllı bilgilər verdi. Kümçülərin sualları cavablandırıldı, onlara bələdçilik edəcək materiallar paylanıldı. 

- Maraqlı müsahibə üçün təşəkkür edirik.

- Siz də sağ olun. 

Qələmə aldı: Surxay Şahbazov 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan