Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Ağac üstünə aşıb, götürmək müşkülə düşüb


Ağac üstünə aşıb, götürmək müşkülə düşüb

31 mart 2023, Cümə
2 201
0
Biləsuvar şəhər, 8 mart küçəsində qurumuş şam ağacı dükanın üzərinə aşıb, obyektə müəyyən ziyan vursa da, sahibi bu ağacı hələ də götürə bilmir.

“Biləsuvarinfo” ya bu haqda danışan Əsgər Qurbanov bildirmişdir ki, ağac uzun müddətdir quruyub, rayonda müxtəlif təşkiltlara müraciət etmişəm, ancaq mənə problemin həlli üçün köməklik göstərən tapılmır. Sonda Ekolagiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri çərçivəsində problemin həllinin tapa biləcəyini desələr də, mürciətin hansı formada edə biləcəyimi bilmirəm.

Ə. Qurbanovun üzləşdiyi narahatçılıqla əlaqədar Biləsuvar bələdiyyəsi ilə əlaqə saxlayıb, bələdiyyədən münasibət öyrəndik. Bələdiyyənin sədr müavni Malik Qədirov adı çəkilən sakini bələdiyyəyə dəvət edib, ona problemin həlli istiqamətində atılacaq addımları izah etdi. Həmçinin qurumuş ağaca baxış keçirilərək şəkili çəkilmiş, Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qurumuş ağacın kəsilməsi üçün məktub ünvanlandı. Aidiyyəti üzrə məktub cavablandırıldıqdan sonra, ağacın dükanın üzərindən götürüləcəyi bildirildi.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan