Biləsuvar şəhər sakini yaşadığı küçənin elektrik xəttinin tamamilə bərbat olmasından şikyətçidir.
“Bilesuvarinfo”ya Çingiz İldırım küçəsinin sakini Muradov Gülağa Həsənağa oğlu müraciətində küçələrində elektirik xəttinin təhlükə mənbəyi olduğunu deyir: “Küçəmizin elektrik xətti çoxdandır istismara yararsızdır. Dirəklərin çürüməsi, məftillərinin çox yerdən zədəli olması, ümümyyətlə aşınması tez-tez təhlükəli vəziyyət yaradır. Evimizin qarşısından keçən xəttin ara-sıra qırılma halının baş verməsi övladlarımız, azyaşlı uşaqlarımızın həyatı üçün təhlükədir. Mən bilmirəm, əgər burda bədbəxt hadisə olarsa, məhsuliyyət kimin üstündə qalacaq.. . “
Gülağa Həsənovun bu şikayətində narahatedici daha bir məqam elekrik naqillərinin ağacın budaqlarının arasından keçməsidir: “Bu tut ağacı, indi daha çox tok ağacına oxşayır. “
O, qeyd etmişdir ki, bütün bu təhlükə haqqında müraciətlərim Biləsuvar Elektrik Şəbəkəsində dəfələrlə qeydə alınsa da, heç bir nəticə yoxdur. Sanki bu sahə onlarlıq deyil, problem idarəni maraqlandırmır.
VIDEO
Qeyd edək ki, Biləsuvar Elektrik Şəbəkəsinin məsələ ilə bağlı münasibətini də öyrənməyə çalışsaq da, nəticə olmadı. Bu haqda münasibət bildirilərsə, saytımızda dərc etməyə hazırıq.
****
“Azərişığ ” ASC - in Mətbuat xidmətindən saytımıza verilən açıqlamada bildirilib ki, Çingiz İldırım küçəsinin sakini Gülağa Muradovun şikayətinədə, küçə xəttinin qəzalı vəziyyətdə olmasını bu gün Biləsuvar Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən aradan qaldırılıb. Ağac budanaraq, aşağı səviyyədə olan küçə elektrik xətti hündürlüyə qaldırılıb.