Müstəqil auditorun hesabatı (rəyi)
“Hacıoğlu” Kredit İttifaqı MMC-nın (VÖEN 3900651071) rəhbərliyinə Rəy
Biz, “Hacıoğlu” Kredit İttifaqı MMC-nın 31 dekabr 2021-ci il tarixə balans hesabatından və bu tarixdə başa çatmış il üzrə mənfəət və zərərlər barədə hesabatlarından, habelə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin qısa xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini apardıq.
Hesab edirik ki, maliyyə hesabatları 31 dekabr 2021-ci il tarixinə Cəmiyyətin maliyyə vəziyyəti və bu tarixdə başa çatmış il üzrə maliyyə nəticələri Kommersiya Təşkilatları üçün Milli Mühasibat Ucotu Standartlarına (KTMMUS) müvafiq olaraq düzgün və ədalətli təsəvvür yaradır.
Rəy üçün əsaslar
Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu və IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları auditor rəyini əsaslandırmaq üçün yetərli və münasibdir.
Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik
Biz diqqəti Cəmiyyətin maliyyə hesabatlarının auditinin aparıldığı tarixlərdə olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı şirkətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəltmək istərdik. Pandemiya şəraitində Cəmiyyətin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması mümkündür. Bu şəraitlə əlaqədar biz öz mülahizələrimizə dəyişikliklər etməmişik.
Əsas audit məsələləri
Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına dair rəyimin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.
Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti
Rəhbərlik maliyyə hesabatlarının KTMMUS-na uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlasın. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.
Yasin Şirinov,
“Azəri Audit Servis” MMC-nin Auditoru
Beyləqan, Azərbaycan "İcazə"
26 yanvar 2022-ci il 14.01.2020-ci il, № AT/209 və SA/212