Biləsuvar DAİM-də subsidiyanın verilməsi qaydalarına edilmiş dəyişikliklə bağlı təlim keçirildi » Yerli İnformasiya Agentliyi
» » Biləsuvar DAİM-də subsidiyanın verilməsi qaydalarına edilmiş dəyişikliklə bağlı təlim keçirildi


Biləsuvar DAİM-də subsidiyanın verilməsi qaydalarına edilmiş dəyişikliklə bağlı təlim keçirildi

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində yeni payızlıq əkin mövsümilə əlaqədar bəyan prosesi "Təlimat"ına dəyişikliklər edilmişdir.

Edilmiş dəyişiklikərlə bağlı rayon ərazi icra nümayəndələrinə, onların müavinlərinə, şəhər və kəndlərdə bu işlə məşğul olan  digər şəxslərə mərkəzin əməkdaşları tərəfindən maarifləndirici təlimlər keçirildi.

Sonda təlimdə iştirak edən əməkdaşlara "Elektron Kənd Təsərrüfatı" informasiya sistemində hüquqmüəyyənedici sənədlərin işlənməsinə dair "Təlimat"ın surəti paylanıldı.


“EKTİS”də hüquqmüəyyənedici sənədlərin işlənilməsinə dair "Təlimat"dan
Ç I X A R I Ş

-“Çıxarış” sənədindən başqa digər hüquqmüəyyənedici sənəd ilə müraciət edən bütün fermerlərə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli Fərmanına əsasən, 2025-ci ilin yanvar ayından etibarən subsidiyaların yalnız “Çıxarış” sənədi əsasında veriləcəyi barədə maarifləndirmə işləri çərçivəsində zəruri məlumatların verilməsi və bu məqsədlə sənədlərin müvafiq qaydada Çıxarışa dəyişdirilməsi  vacibdir.

-EKTİS-də 2024-2025-ci il əkin mövsümü üzrə bəyanların qeydə alınması, subsidiyaya müraciət edilməsi və monitorinq prosesinin həyata keçirilməsi vaxtları aşağıdakı kimidir: 
• payızlıq əkinlər, 01.09.2024-cü il tarixindən 30.12.2024-cü il tarixinədək; 
• yazlıq əkinlər, 01.02.2025-ci il tarixindən 31.05.2025-ci il tarixinədək; 
• təkrar əkinlər, 01.06.2025-ci il tarixindən 31.08.2025-ci il tarixinədək; 
• çoxillik əkin bəyanları üzrə: 
   - payızlıq dövrdə olduqda, 01.09.2024-cü il tarixindən 30.12.2024-cü il tarixinədək; 
   - yazlıq dövrdə olduqda, 01.02.2025-ci il tarixindən 31.05.2025-ci il tarixinədək. 
• monitorinq prosesi isə bəyan dövrlərinin sonundan başlayaraq həyata keçirilir.

-EKTİS-ə daxil edilmiş hüquqmüəyyənedici sənədin məqsədli istifadə növü inteqrasiya olunmuş sistemdən (Elektron Xidmətlər Portalından) “Təyin edilməyib”, “Boş” və “Null” şəklində gəldiyi halda, sənəd “Düzəliş edilsin” statusuna keçirilir, fermerə torpağın məqsədli təyinatının mənbədə (Elektron Xidmətlər Portalında) düzəldilməsi barədə məlumat verilir və redaktə edilməsi heç bir halda mümkün olmadıqda, həmin sənədin “Çıxarış” sənədi ilə əvəz olunması tələb olunur.

-“Dövlət aktı” sənədi üzrə hüquq sahibinin ad, soyad və ata adında fərq olduqda və sistem tərəfindən təsdiq olunmadıqda, “digər” alt kateqoriyalı sənədlər (“Nikahın bağlanması”, “Nikahın pozulması”, “Qeydiyyat şöbəsinin arayışı”, “Məhkəmə qətnaməsi”, “Soyad, ad və ata adının dəyişdirilməsi şəhadətnaməsi”, “Atalığın müəyyən edilməsi şəhadətnaməsi”, “Qəyyumluq haqqında arayış” və “Doğum şəhadətnaməsi”) bəyan dövrü ərzində əlavə fayl kimi sistemə yüklənilməlidir.

-“Digər” alt kateqoriyalı sənədlərin təmin edilməsi qaydası aşağıdakı kimidir: 
• Fermerin əvvəlki dövrdə EKTİS-də müvafiq digər alt kateqoriyalı sənəd(lər)i varsa, həmin sənəd(lər) növbəti dövr (2024-2025-ci il) üçün məqbul hesab edilir; 
• Fermerin əvvəlki dövrdə EKTİS-də müvafiq digər alt kateqoriyalı sənəd(lər)i yoxdursa, MyGov (https://my.gov.az/) portalında mövcud olan digər alt kateqoriyalı sənəd(lər) (məsələn, “Nikahın bağlanması”) əldə edilir və EKTİS-ə yüklənilir. MyGov portalında mövcud olmayan digər alt kateqoriyalı sənəd(lər) isə fermer tərəfindən təmin edilməlidir. Əks halda, dövlət aktı sənədi müvafiq qaydada EKTİS-də “Düzəliş edilsin” statusuna keçirilir və zəruri olan digər alt kateqoriyalı sənədin və ya yeni “Çıxarış” sənədinin təqdim edilməsi tələb olunur.

-“Dövlət aktı” sənədi üzrə hüquq sahibinin ata adı sonluğu fərqli (“oğlu”, “qızı”) olduqda və sistem tərəfindən təsdiq olunmadıqda, sənəd DAİM tərəfindən manual qaydada təsdiq edilir.

-“Dövlət aktı” sənədi üzrə hüquq sahibinin soyad sonluğu Azərbaycan soyad sonluğu (“-li”, “-soy”, “-zadə” və s.) ilə dəyişdirildikdə və sistem tərəfindən təsdiq olunmadıqda, sənəd DAİM tərəfindən manual qaydada təsdiq edilir.

-EKTİS-də və sənəddə (“Dövlət aktı”) olan, eləcə də inteqrasiya olunmuş sistemdən gələn məlumatlarda “ata adı” məlum deyilsə (“XXX”, “Null”, “Boş”, “Təyin edilməyib”) və sistem tərəfindən təsdiq olunmadıqda, sənəd DAİM tərəfindən manual qaydada təsdiq edilir. 



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər: